Azadsöz.az xəbər verir ki, Azərbaycanda 90 yaşlı qadına işgəncə verilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, Bakının Buzovna qəsəbəsində Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini evdə işgəncə verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə məsələ araşdırılır.