“Azadsöz.az” Göyçay rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, 19 sentyabrda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan və hazırda Bakı şəhərində müalicə alan Göyçay rayon sakinləri Xəlilov Tural Şirxan oğlu və Həmidli Sabir Samir oğlu ilə görüşüblər.
İ.Vəliyəv və S.Şükürov yaralı əsgərlərimizlə görüşərək onlarla həmsöhbət olub, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu ediblər.
Hərbçilərimiz aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər.
Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.