Azadsöz.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin.