Azadsöz.az xəbər verir ki, Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum edərək səfirlik qarşısında təxribat törətməyə çalışıb.
Lakin polis əməkdaşları bunun qarşısını almağa çalışıblar. Bu zaman toqquşma baş verib.
Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan 1000-dək erməni Beyrut polisinə hücumlar edib.
Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.