08 May 2024 01:30

Fərqliliyimiz Uğurumuzdur

Yaralı hərbçilərə qan lazım olması barədə məlumatlar əsassızdır – Müdafiə Nazirliyi

Azadsöz.az xəbər verir ki, bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – deyə nazirlikdən verilən açıqlamada bildirilib.