19 May 2024 11:28

“Qarabağ” – “Nant” oyununa hakim təyinatları açıqlandı

Azadsöz.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda keçiriləcək “Qarabağ” – “Nant” (Fransa) matçına hakim təyinatları açıqlanıb.

Oyunu Albaniya Futbol Federasiyasından  Enea Yorqyi idarə edək.  Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq.

VAR sisteminə İtaliyadan olan hakimlər nəzarət edəcəklər. Bunlar Luka Payretto və onun köməkçisi Cakomo Paqanessidir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Nant” matçı saat 20:45-də başlayacaq.