27 Noyabr 2024 15:48

“Yuventus”un oyununda kütləvi dava düşdü

Azadsöz.az xəbər  verir  ki, İtaliya A seriyasının 6-cı turunda keçirilən “Yuventus” –  “Salernitana” oyununda komandaların futbolçuları arasında kütləvi dava olub. İnsident “Yuventus”un hücumçusu Arkadiuş Milikin 93-cü dəqiqədə qələbə qolunu vurmasından sonra baş verib. Ancaq 5 dəqiqəlik VAR yoxlamasının ardından qol ləğv edilib.

Bundan sonra yan xətt yaxınlığında futbolçular arasında dava düşüb. Münaqişə nəticəsində “Salernitana”dan Federiko Fasio, “Yuventus”dan isə Xuan Kuadrado, baş məşqçi Massimiliano Alleqri birbaşa qırmızı vərəqə alıblar. Həmçinin Turin təmsilçisiin oyunçusu Milik də ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, matç 2:2 hesabı ilə başa çatıb. “Yuventus” ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, sonradan hesabı bərabərləşdirə bilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul