19 May 2024 14:26

Vəkil Elçin Sadıqov Baş Prokurorluğa aparıldı – VİDEO

Azadsöz.az xəbər verir ki, Baş Prokurorluq əməkdaşları tərəfindən vəkil Elçin Sadıqovun ofisində aparılan axtarış başa çatıb. 

Axtarış başa çatandan sonra Elçin Sadıqov jurnalistlərə qısa açıqlama verib.

O bildirib ki, ofisindən bütün sənədlər götürülüb. 

Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb. ( Qafqazinfo)