Azadsöz.az xəbər verir ki, bu gün şəhid İlham Hüseynovun doğum günüdür.İlham Umud oğlu Hüseynov 2000-ci il sentyabr 8-də Göyçayın Qarayazı kəndində anadan olub.Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Nümunəvi xidmətlərinə görə dəfələrlə fəxri fərmanla təltif edilib.
2020-ci ilin aprelində ehtiyata buraxılan İlham Hüseynov ötən il sentyabrın 21-də təlimlərə qatılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk günlərdən döyüşlərdə iştirak edib. Onun döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndindən başlayıb.Talış-Suqovuşan istiqamətində oktyabrın 19-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Qeyd edək ki,Prezident İlham Əliyevin sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.