03 May 2024 22:41

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda Vətən müharibəsi iştirakçısı vəfat etdi-FOTO

“Azadsöz.az” Göyçay informasiya agentliyinə  istinadən xəbər  verir  ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Göyçay rayonunun Ləkçıplaq kənd sakini 1974-cü il təvəllüdlü Həmidov Sənan Ətraf oğlu uzun sürən xəstəlikdən sonra sentyabrın 2-də vəfat edib.Bu gün kənd qəbirstanlığında dəfn olunub.

Qeyd edək ki, zabit Sənan Həmidov İkinci Qarabağ müharibəsində Suqovuşan, Talış və Laçın istiqamətində gedən döyüşlərdə top komandiri kimi iştirak edib.

Prezdent İlham Əliyevin sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.