“Azadsöz.az” Göyçay informasiya agentliyinə istinadən xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin tapşırığına əsasən rayonun Nizami küçəsi, Potu və Mallı Şıxlı kəndlərində suyun ötürücülük gücünün artırılıraq, su itkisinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb.
Göyçay Suvarma Sistemləri İdarəsinin işçi briqadası və texnikası tərəfindən ərazilərin arxlarının lildən, kol-kosdan və məişət tullantılarından təmizlənməsi həyata keçirilib.