05 May 2024 08:42

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda iməclik keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 29 avqustda  Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Heydər Əliyev prospektində  yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin və  Göyçay  Peşə  Liseyinin  ərazisində  iməclik  keçirildi.İməclikdə rayonun Abadlaşdırma Təmir, Sanitar -Təmizlik  İdarələrinin əməkdaşları iştirak ediblər.

Texnika  və işçi  qüvvəsi  cəlb olunaraq  ərazi alaq otlarından, arxlar məişət tullantılarından, lil və çöküntülərdən təmizlənib, kol-kos, qurumuş  ot örtüyü biçilıb  və ağaclar  budanaraq səliqəyə  salınıb.

Qeyd  edək ki, rayonun mərkəzində  və  kəndlərində  təmizliyinin lazımı səviyyədə saxlanılması `üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.