Azadsöz.az xəbər verir ki, 21.05.1997-ci ildə Göyçay rayonunda anadan olan Atatürk küçəsində yaşayan Babayev Sabir Eldar oğlunun köməyə ehtiyacı var. Sabir Babayev anadan olduqdan 3 gün sonra xəstəxanada tibbi bacısı tərəfindən əldən düşmə nəticəsində qapalı kəllə-beyin travması almış, beyində daxili qansızma əmələ gəlmişdir.Uzun müddət müalicə olunmağına baxmayaraq müsbət nəticə əldə olunmayıbdır.
Sabirin atası bildirir ki, son illərdə oğlunda qıcolma və epileptik halların çoxalması müşahidə olunduğundan 21.10.2021-ci il tarixdə ətraflı yoxlanmaya aparılıb, nəticədə qıcolma ocaqlarının böyüməsi və dərinləşməsi,epileptiform dəyişiklərin aşkarlanması, sol təpə sümüyündə, beyin qapağının altında təxminən 17 x 12 x 19 mm ölçüdə törəmə ( şiş) diaqnozu qoyulub.
Bildirək ki, Sabir Babayevin xəstəliyinin müayinə və əməliyyatı Moskvada Bexterev adına “Beyin İnstitutunda” mümkündür.Açıq kəllə – beyin əməliyyatının aparılması üçün təxminən 100 000 manat civarında pul lazımdır. Xəstəliyə qarşı olan gücü kimi imkanları da tükəndiyindən qeyd olunan ünvana gedib, şəfa tapa bilmir.Sabir xeyirxah, yardımsevər şəxslərdən yardım gözləyir.
Gəlin unutmayaq ki, hər birimiz bu fani dünyada qonağıq.Haqq dünyasına aparacağımız yalnız xoş əməllərimiz olacaq. Bir gənci xəstəliyin əlindən qutarmaq üçün hər kəsi yardım etməyə səsləyirik.
İnanırıq ki, Sabir Babayevin ümid dolu səsinə səs verib, köməyinə gələn tapılacaq.
Əlaqə:0518820373