Azadsöz.az xəbər verir ki, Göyçay Güləş Məktəbinin baş məşqçisi Kamran Baxışovun tələbəsi 87 kq çəki dərəcəsində mübarizə aparanLaçın Vəliyev Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında keçirilən dünya çempionatında iştirak edib.
Laçın Vəliyev baş tutan yarışda Moldova, Türkiyə və Rumıniyadan olan güləşçiləri məğlub edərək yarımfinala yüksəlib.O, bu mərhələdə İran idmançısı ilə güləşərkən ayağından zədə alıb.
Daha sonra güləşçimiz Cənubi Koreya idmançısını 9:0 hesabı ilə məğlub edərək yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, L.Vəliyev ötən ay İtaliyanın Roma şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionatında uğurla iştirak edərək qızıl medal qazanıb.