23 Noyabr 2024 05:43

Şəhid Kənan Qafarovun ad günü qeyd olundu-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn  Kənan Siyaqif oğlu Qafarovun  ad günü  Yalman  kəndqəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları,  YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

İlk  öncə  şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev `şəhidin ailəsinə baş sağlığı verərək  44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatmasından söz açıb.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb. 

Mərasimdə çıxış edənlər şəhid Kənan Qafarovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Kənan Qafarov  1996-cı il avqustun 6-da  Göyçay rayonunun  Yalman  kəndindən  anadan  olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlayıb. 08 oktyabr  2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.Göyçay rayonu  Yalman  kəndindən dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif  edilib.


 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul