20 Sentyabr 2024 08:30

Yalman kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu-FOTOLAR

Azadsöz.az  xəbər  verir ki, 06 avqust 2022-ci il tarixdə Göyçay rayonunun Yalman kəndində Birinci və  İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş  bulaq kompleksinin açılışı oldu.

Açılışda   rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları,  YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları  bulaq kompleksinin üzərindəki qırmızı lenti kəsərək, önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev 30 il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsində erməni işğalından azad edərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd edib.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.

Çıxış  edənlər  30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.Döyüşlərdə  Göyçay rayonundan olan igid oğullarımızın da nümayiş etdirdikləri qəhrəmanlıq  xalqın  yaddaşında  silinməz  izlər  buraxdığını  diqqətə  çatdırıblar.

Daha  sonra  Yalman kənd ümumi orta məktəbin şagirdləri  vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com