13 May 2024 21:38

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Kənan Qafarovun ad günüdür-FOTO

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən  Müharibəsində qanı ilə tarix  yazaraq şəhidlik zirvəsinə ucalan Kənan Qafarovun  doğum  günüdür.

Kənan Siyaqif oğlu Qafarov 1996-cı il avqustun 6-da  Göyçay rayonunun  Yalman  kəndindən  anadan  olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlayıb. 08 oktyabr  2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub.Göyçay rayonu  Yalman  kəndindən dəfn olunub. 

Xatırladaq ki, Kənan Qafarov ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı ordeni”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Göyçay rayon Yalman kend Şəhidi Kənan Qafarov, cənnətdəki ilk ad günün mübarək Şəhidim #2783 - YouTube