23 Noyabr 2024 09:18

Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Azadsöz.az  xəbər  verir  ki, avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində  Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Hazırda istintaq davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul