Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əslən Göyçay rayonundan olan şəhid Kərimov Əhməd Vaqif oğlunun ad günü qeyd olunub. Mərasimdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, eləcə də Şəhidin ailə üzvləri, rayon sakinləri onun məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxumuş və əziz xatirəsini ehtiramla yad etmişlər.
Eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Əhməd kimi oğullarımızın qanının yerdə qalmadığını vurğulayan RİH başçısı bildirdi ki, məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Xatırladaq ki, şəhid Əhməd Kərimov 1989-cu il avqustun 4-də Göyçay rayonunda anadan olub.Noyabrın 10-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.