23 Noyabr 2024 05:30

“Barselona” onlara xəbərdarlıq etdi

“Barselona” qısa müddət ərzində artıq maaş yükündən qurtulmaq niyyətindədir.

Azadsöz.az xəbər verir ki,  bu barədə AS məlumat yayıb. Xavi hazırda 33 oyunçu ilə işləyir, La Liqa matçlarına isə cəmi 25 oyunçu qeydiyyatdan keçə bilər. ” Barselona ” “Çelsi”dən Sezar Aspilikueta və Markos Alonsonu transfer etsə, klub daha da kəskin sıxlıq problemi ilə üzləşəcək.

May ayında Xavi etibar etmədiyi oyunçuların siyahısını açıqlayıb. Onlardan yalnız “Tottenhem”ə icarəyə verilən Kleman Lanqle, “Los Anceles Qalaksi”yə keçməyə yaxın olan Riki Puiç və “Selta”ya transfer olunan Oskar Minqesa “Barselona”dan ayrılmağa razılıq verib. Digər klublar oyunçuların Kataloniya təmsilçisində aldıqları maaşı qarşılamağa hazır olmadığından, qalan oyunçular “Barselona”da qalmaq qərarına gəliblər.

“Barselona” ayrılmaq istəməyən futbolçulara xəbərdarlıq edib ki, klubda qalacaqları təqdirdə oyun nömrələri əllərindən alınacaq.

Bundan əlavə, “Barsaelona” təcili olaraq maaş fondunu 160 milyon avro – 560 milyondan 400 milyona endirməlidir. Bu hədəfi klubun iqtisadiyyat departamenti qarşıya qoyub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul