23 Noyabr 2024 01:22

Şəhid Elvin Mikayılovun ad günü qeyd olundu

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Elvin Nizami oğlu Mikayılovun ad günü Alpout kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək 30 il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsində erməni işğalından azad edərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd edib.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.

Daha sonra mərasimdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev çıxış edərək Şəhid Elvin Mikayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 26-da Ağdərə-Murov istiqamətində döyüşən zaman başından aldığı qəlpə yarasından şəhid olub.Göyçay rayonu Alpout kəndində dəfn olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul