Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Elvin Mikayılovun doğum günüdür. Elvin Nizami oğlu Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub.1993- 2004-cü illərdə Göyçay rayonu Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb.2004-2006-cı illərdə Həqiqi hərbi xidmətdə olub.2009- 2013-cü illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika” ixtisasında təhsil alıb.2014-cü ildə Azərsu ASC-nin Göyçay Su Kanal İdarəsində çalışıb.2017-ci ildə ailə həyatı qurub və bu nigahdan 2018-ci ildə bir qız övladı dünyaya gəlib.
Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 26-da Ağdərə-Murov istiqamətində döyüşən zaman başından aldığı qəlpə yarasından şəhid olub.Göyçay rayonu Alpout kəndində dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.