Azadsöz.az xəbər verir ki, “Beşiktaş”dan ayrılan Domaqoy Vidanın yeni klubu rəsmiləşib.
Xorvat müdafiəçi karyerasını Yunanıstan AEK-ində davam etdirəcək. Bu barədə Afina təmsilçisinin saytı məlumat yayıb. 33 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, D.Vida bu yay azad agent kimi “Beşiktaş”dan ayrılmışdı.