Azadsöz.az xəbər verir ki, 31 iyulda meyxana ustadı,şair,qəzəlxan Aydın Xırdalanlının ad günü məzarı önündə qeyd olundu.
Tədbirdə Xırdalan İnformasiya Agentliyinin rəhbəri Anar Nağıyev, meyxanaçılar Hacı Mehman Əhmədli, Hacı Aydın Sanı, Elxan Xırdalanlı, Kamran Xırdalanlı, Cavanşir Əsgər, “Qarabağ müharibəsi şəhid ailələri və Milli Qərəmanların Cəmiyyətinin” sədri Tərlan Mahmudov, “Xırdalan” qəzetinin redaktoru Tələt Talıbov, Şairin qonşusu, ağsaqqal Mutafa Abdullov, idmançı, güləş müəllimi, Azərbaycan çempionu Hamlet Səmədov və digərləri iştirak ediblər.
Əvvəlcə meyxanaçının əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra mərasim qonaqların iştirakı ilə Xırdalan İnformasiya Agentliyinin təşkil etdiyi “Aydın-45” adlı anım günü Xırdalan şəhərində Heydər Əliyev parkında “Qağayı” kafesinin zalında davam edib.
Aydın Xırdalanlının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib. Şairin qəzəlləri dinlənilib. Xırdalan İnformasiya Agentliyinin rəhbəri Anar Nağıyev Aydın Xırdalanlı barədə geniş məlumat verdikdən sonra tanınmış meyxanaçılar Hacı Mehman Əhmədli, Hacı Aydın Sanı, Elxan Xırdalanlı, Kamran Xırdalanlı, Cavanşir Əsgər, “Qarabağ müharibəsi şəhid ailələri və Milli Qərəmanların Cəmiyyətinin” sədri Tərlan Mahmudov, “Xırdalan” qəzetinin redaktoru Tələt Talıbov, Şairin qonşusu ağsaqqal Mutafa Abdullov, idmançı, güləş müəllimi, Azərbaycan çempionu Hamlet Səmədov və digərləri Aydın Xırdalanlı haqqında yadda qalan xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Tədbrin sonunda Aydın Xırdalanlının yaşadığı məhəllədə meyxanaçının xatirə lövhəsinin açlışı oldu.
Aydın Xırdalanlının qardaşı Ziya Quliyev tədbir təşkilatçılarına ailəsi adından öz təşəkkürünü bildirib.
Xatırladaq ki, Aydın Xırdalanlı 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Uşaqlıqda bəstəboy və arıq bir uşaq olan Aydın sözügedən qəsəbədə 1 saylı orta məktəbdə oxuyub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında oxuyub. Qrup rəhbəri aktrisa Amaliya Pənahova olub.Dinə bağlı olan Aydın Xırdalanlı hələ tələbəlik illərindən namaz qılardı.Xırdalanda yerləşən Cümə məscidində azan vermək meyxanaçıya həvalə olunmuşdur.
Meyxanaçının müəllimi Azər Sani olubdur. Məhz şəxsi istedadı və ustadından aldığı dərslər sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı öyrənə bilibdir.Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi bacara bilirdi.Doğulduğu Xırdalan şəhərinin adını özünə təxəllüs götürən meyxanaçı, 1995-ci ildən meyxana deməyə başlayıbdır. Aydın Xırdalanlı 2001-ci ilə ANS telekanalının təşkil etdiyi “De gəlsin” yarışmasının qalibi olub.
Qaraciyər sirrozundan əziyyət çəkən sənətkar, 2019-cu il martın 23-də Xırdalan şəhərində Şah İsmayıl Xətai ilə bağlı sənədli filmə baxaraq vəfat edib.Meyxanaçı Xırdalan qəbiristanlığına dəfn olunub.