Azadsöz.az xəbər verir ki, Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildikdən sonra ilk dəfə açıqlama verib.
Qaynarinfo-nun əməkdaşının sullarına cavablandıran Mehdi Səlimzadə hazırda heç bir işlə məşğul olmadığını bildirib.
“Allaha şükür yaxşıyam. Pensiyadayam. Təqaüdümlə dolanıram. İşsizəm”, deyə keçmiş başçı qeyd edib.
Hazırda Bakıda yaşadığını bildirən Mehdi Səlimzadə “İndi yay fəslidir. Dincəlirəm. Fikirləşirəm ki, yaydan sonra hansısa bir işlə məşğul olum” deyib.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Mehdi Səlimzadənin korrupsiya və rüşvətə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Sabiq icra başçısının bu iddialara cavabı belə olub:
“Yazırlar da (gülür). Bu insanlar hər şeyi yazır. Gedib rayonda soruşsunlar, görüm, mən kimdən rüşvət almışam. Hamısı yalan söhbətlərdir”.