DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovun Azadsöz.az-a verdiyi məlumata görə, rayon sakini Elşad Yusifov “VAZ-21011” markalı ninik avtomobili ilə Göyçay şəhərinin Ə.Kərim küçəsində sürətlə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi elektrik dirəyinə çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həmin ərazi üzrə əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Rayon elektrik şəbəkəsinin əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində enerjinin verilişi bərpa edilib.
Hazırda faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.