22 Noyabr 2024 00:55

Elvin Məmmədov yalandan ölüm xəbərini yayanlarla bağlı videomüraciət etdi-VİDEO

Azadsöz.az  xəbər verir ki, Ağdaş rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elvin Məmmədov guya intihar etməsi barədə sosial şəbəkələrdə yayılan yalan məlumatlara münasibət bildirib. 

Elvin Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, barəsində yayılan xəbərlər tamamilə yalandır:

“Əvvəla mən qazi deyiləm, müharibə veteranıyam, döyüşlərdə yaralanmamışam. Mən nə üçün intihar etməliyəm? Heç qazi deyiləm, müharibə veteranıyam”. 

Elvin Məmmədov dostları ilə istirahət zamanı ehtiyaytsızlıqdan yanıq xəsarətləri aldığını söyləyib:

“Ağdaşda dostlarla çayın kənarına istirahətə getmişdik, manqal qalayan zamanı səhvən odun üzərinə benzin tökmüşdüm, sol əlimdən və qarın nahiyyəmdən yanıq xəsarəti aldım. Şükürlər olsun, ciddi problem yoxdur. İndi baxıram ki, sosial şəbəkələrdə haqqımda yalan xəbərlər uydururlar ki, guya intihar etmişəm və sairə. Bunların hamısı yalandır, inanmayın”. 

O xatırladıb ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad edilməsi” medalı ilə təltif edilib.

Daha sonra Elvin Məmmədov barəsində yayılan xəbərlərin yalan olması barədə Demokrat.az vasitəsilə videomüraciət edib.

Qeyd edək ki, Qənimət Zahid və xaricdən fəaliyyət göstərən bir sıra internet resursları Elvin Məmmədovun guya intihar etməsi barədə yalan məlumatlar yayıblar.

 

İstanbul trv istanbul travestileri