18 May 2024 23:12

Qazi İlkin Məmmədovun həyat yoldaşı vəfat etdi-FOTO

Azadsöz.az  xəbər verir ki, Vətən müharibəsində könüllü olaraq döyüşlərdə iştirak edən Göyçay rayonun Şıxbəy kənd sakini Məmmədov İlkin İlqar oğlunun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Elşən qızı bu gün vəfat edib.

Qeyd edək k, Ayşən Məmmədova uzun müddət idi ki, qaraciyər sirrozudan əziyyət çəkirdi.

Xatırladaq ki, İlkin Məmmədov Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut, Tux kəndi və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.Şuşa döyüşlərində yaralanan igidimiz baş beyin silkələnməsi postkommosion, qapalı kəllə-beyin travması alıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, İ.Məmmədov “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qazi İlkin Məmmədovun həyat yoldaşı vəfat etdi-FOTO