19 Sentyabr 2024 05:15

Aktrisa Rəsmiyyə Nurməmmədovanın doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Rəsmiyyə Nurməmmədovanın doğum günüdür.

Rəsmiyyə Hacı qızı Nurməmmədova (Rəsmiyyə Nur) 1968-ci  il iyulun 09-da Zaqatala rayonunun Muxax kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya» şöbəsini bitirib. 1989-cu ildən H. Bağırovun «Tənqid-təbliğ» Teatrında işləyib.Orada işlədiyi müddətdə «Hələlik», «Şirinlik», «Məhəbbət oyunu», «Uca dağ başında» kimi tamaşalarda özünəməxsus rollar oynayıb.

Rəsmiyyə  xanım  1996-cı ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist- vokalist» vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddətdə R. Şəfəq, A. Şaiq «Bir saatlıq xəlifəlik» tamaşasında Minurə, O. Rəcəbov, A. Babayev «Əlin cibində olsun»da Lalə, S. Ələsgərov, İ. Məlikzadə «Subaylarınızdan görəsiniz»də Qəndab, Çiçək, S. Ələsgərov, İ. Məlikzadə «Hərənin öz ulduzu»nda Ceyran, O. Kazimov, F. Məmmədov «Dəli dünya»da Nəzifə, E. Sabitoğlu, R. Əhmədzadə «Hələlik»də Fənarə, S. Fərəcov, Ə. Əmirli «Səhnədə məhəbbət»də Afa, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Nilufər, O. Rəcəbov, A. Babayev«Şeytanın yubileyi»ndə Camyiə, R. Şəfəq, R. Heydər «Baş tutmayan hiylə»də dovşan, E. Sabitoğlu, Y. Şvarts «Qırmızı papaq»da tülkü, O. Rəcəbov, R. Heydər «Şəngülüm, Şüngülüm, Məngülüm»də tülkü, C. Quliyev, Q. Rəsulov “Məhəbbət oyunu”nda Ceyran, R. Mirişli, M. Haqverdiyev “Qısqanc ürəklər”də Leyla, C. Quliyev, Ə. Əmirli “Yeddi məhbusə anası”nda Şöhrət, Ərəbi Zəngi, F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana”da Sevda, S. Fərəcov, Ə. Nesin “Şəhərdə manyak var”da Diktor, E. Sabitoğlu, T. Vəliyeva “Bankir adaxlı”da Zaurun bacısı, İ. Kalman “İdialı qaraçı”da Qrafinya İrini kimi rollarını ifa edibdir.

Rəsmiyyə Nurməmmədova teatrda oynadığı rollarla  yanaşı film və serial  sahəsində də  özünəməxsus  bənzərsiz  obrazlar  yaradıb.


Aktrisanın çəkildiyi   filmlər:


Kənddən gələn var (1997, tammetrajlı film-tamaşa) – aktrisa


Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktrisa (Xalidə)

Ər quyusu (2016, tammetrajlı bədii film) – aktrisa (Şahzadə)

Cehizsiz gəlinlər (2016-2017, bədii serial) – aktrisa


Bir xalanın sirri (2018, tammetrajlı bədii film) – aktrisa

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com