Azadsöz.az xəbər verir ki, 16 iyun 2022-ci il tarixdə rayonun Ərəbşahverdi kəndində növbəti səyyar qəbul keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.
İ.Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı üçün görülən tədbirlər haqqında məlumat verərək əhalinin sosial rifah halının daim diqqətdə saxlanıldığını bildirib.
Səyyar qəbulda kənd sakinləri torpaq, su, elektrik enerjisi, kənddə tibb məntəqəsi və telefon xəttinin olmaması məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və İkram Vəliyevə öz minnətdarlıqlarını bildiriblər.