Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatır və bununla bağlı Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” çalınır.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində qeyd olunur.
“Son zəng” müddətində tədbirdə iştirak edən məzunların, valideyinlərin, müəllimlərin və ictimaiyyət nümayəndələrinin təhlükəsizliyinin təmin olunması istiqamətində Göyçay Rayon Polis Şöbəsi tərəfindən zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
Xatırladaq ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.