Azadsöz.az xəbər verir ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq Göyçay rayonunda baramaçılığın inkişafına xüsusi diqqət göstərilir.
Rayonda barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə 6 iyun 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev,RİH başçısı aparatının əməkdaşları Şəhadət və Çərəkə kəndlərində kümdarlarla görüş keçirib.
Rayon rəhbəri Şəhadət və Çərəkə kəndlərində barama saxlanılması üçün yaradılan şəraitlə tanış olub. Yetişdirilən barama qurdlarına baxış keçirərək, onların vəziyyəti haqqında maraqlanıb.
Barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı kümdarlara lazımi tövsiyyə və tapşırıq verib.