28 Noyabr 2024 23:40

Göyçayda “ASAN xidmət” səyyar şəkildə fəaliyyətə başlayıb

Azadsöz.az xəbər verir ki, mayın 24-dən səyyar “ASAN xidmət” Göyçay rayonunda əhaliyə xidmət göstərməyə başlayıb. Belə ki, Göyçay və Ağdaş rayonlarının sakinləri iyunun 24-dək onlar üçün təşkil edilən “ASAN xidmət”in fəaliyyətindən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Sakinlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmət göstərilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul