Azadsöz.az xəbər verir ki, “Çelsi” növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.
Bu, “Arsenal”n 37-ci turda “Nyukasl”a 0:2 hesabı ilə uduzmasından sonra rəsmiləşib. “Arsenal” yarışın bitməsinə 1 tur qalmış 66 xalla 5-ci pillədə qalıb və 70 xalla 3-cü pillədə olan “Çelsi”yə çatmayacağı dəqiqləşib. Bu isə deməkdir ki, Tomas Tuhelin baş məşqçisi olduğu komanda çempionatı ən pis halda 4-cü pillədə başa vuracaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında ilk 4 yeri tutan klublar ÇL-də iştirak hüququ qazanır. Bundan əvvəl “Mançester Siti” və “Liverpul” ÇL-də vəsiqəni təmin edib.