Azadsöz.az xəbər verir ki, Konfrans Liqasında yarımfinal mərhələsindən sonra mövsümün geridəqalan hissəsinin ən yaxşı oyunları açıqlanıb.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Qarabağ”ın qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə matçı da “10-luq”da yer alıb.Həmçinin Görüşün 88-ci dəqiqəsində Patrik Andradenin Ağdam təmsilçisini önə keçirdiyi, 90-cı dəqiqədə isə Jordi Qomesin uzaq məsafədən fərqlənərək “Qarabağ”ın qapıçısını təəccübləndirdiyi yazılıb.Qeyd edək ki, noyabrın 25-də Bakıda keçirilən “Qarabağ” – “Omoniya” görüşü 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.