26 Aprel 2024 23:33

Fərqliliyimiz Uğurumuzdur

Qarayazı kəndində səyyar qəbul keçirildi-FOTO

Azadsöz.az  xəbər verir ki, 6 mayda Qarayazı kəndində səyyar qəbul keçirildi.Qəbulda rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla yerlərdə keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və problemlərin qısa zamanda həllinə nail olmaqdır.

Daha sonra səyyar qəbulda kənd sakinləri elektrik enerjisi, internet, suvarma, torpaq  və  məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli adiyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və İkram Vəliyevə öz minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri kənd qəbirstanlığına gedərək, Birinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların və İkinci Qarabağ müharibəsində şəhid olan İlham Umud oğlu Hüseynovun məzarını ziyarət ediblər.