Azadsöz.az xəbər verir ki, London təmsilçisini ABŞ-lı milyarder Todd Boeli alıb.Biznesmenin 4 milyard funt sterlinq ödəyərək “zadəganlar”a sahibləndiyi bildirilir. Boeli həm də NBA-da çıxış edən “Los Anceles Leykers”in də hissədarlarından biridir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra “Çelsi”nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç sanksiyalarla üzləşmiş və bu səbəbdən klubu satışa çıxarmışdı.