Azadsöz.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlanır.
İmtahanın Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında keçirilməsi nəzərdə tutulub və 24 864 şagirdin iştirakı nəzərdə tutulur.