28 Noyabr 2024 22:52

Nazirliyin adından istifadə edən şəxslər peyda olub

Azadsöz.az  xəbər  verir  ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyindəki qurumların “facebook” səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və b. olan şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur.

Bununla  bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov özünün  sosial  hesabında  paylaşım  edib.

Paylaşımda bildirib ki, “Məlumatlarda həmin şəxslərin vətəndaşlarla “facebook”un mesaj bölməsi vasitəsilə əlaqəyə keçərək özünü nazirlik əməkdaşı kimi təqdim etdikləri, müraciətlərinə baxılması (ünvanlı yardım təyinatı, əlillik təyinatı, mənzil növbəsinə qeydiyyat və s.) üçün onlardan əvvəlcə fərdi məlumatlarını, sonrasa xidmət müqabilində müəyyən məbləğdə pul köçürmələri tələb etdiyi, hətta bəzi şəxslərin aldanaraq vəsait ödədiyi bildirilir.

Bununla bağlı vətəndaşların da təqdim etdiyi məlumatlarla birgə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün cinayət təqibi orqanlarına təqdim edilib.

Vətəndaşlara sosial xidmətlərin heç bir halda ödənişli olmadığını bildirir, sosial mediada diqqətli olmağı, ödəniş müqabilində köməklik göstərəcəyini vəd edən dələduzlara inanmamağa çağırırıq”.
Ankara escort İstanbul Travesti Shemale İstanbul