Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, görüş zamanı əlaqələrimizin geniş gündəliyi ilə bağlı məhsuldar danışıqların aparıldığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin yaxşı nümunəsidir.
Dövlətimizin başçısı iqtisadi, mədəni, tibb, idman və digər sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və ənənəvi sahələrdən başqa, yeni sahələrin, investisiya imkanlarının müəyyənləşdirilməsinin də önəmini qeyd edib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Enrike Valdes de la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir qeyd edib ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə Bakıda keçirdiyi görüşü və Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakı sammitini məmnunluqla xatırlayır.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş edib.
Səfir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
11:56
Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.