06 May 2024 19:23

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda ikimərtəbəli ev yandı

Azadsöz.az xəbər verir ki, Göyçay şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin  məlumatına görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.