22 Noyabr 2024 03:28

Göyçayda “E-manat”ın kassasından 32 000 manat oğurlayan şəxslər saxlanılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay şəhəri ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər,rayon sakinləri-Nizam Nuruyev,Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər.Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

İstanbul trv istanbul travestileri