22 Noyabr 2024 03:57

Yardımlı sakini: ”Dinamik-okean” satdığı su aparatı ilə məni aldadıb və rayonda qorxu yayıb”-(FOTO)

”Dinamik-okean” şirkəti adı ilə mənə 1980 manata sutəmizləyici aparat satıb məni aldadıblar. Rayonda da bir qorxu yayıblar. Aparatın süzdüyü su acılıq yaradır, eləcə də qiyməti xeyli baha şəkildə mənə verilib. Məsələ mülkidir deyib, işimə polis də baxmır”.

Azadsöz.az xəbər verir ki, bu sözləri Yardımlı sakini Qurbanov Misirxan Aydın oğlu bildirib.

Yardımlı sakininin saytımıza bildirdiyinə görə, 10 fevral 2022-ci il tarixində bir neçə şəxsdən ibarət briqada oğlunun evinə gələrək içməli suyun analiz edəcəklərini, nümunələr götürəcəklərini deyiblər. Əvvəlcə razılaşmasalar da, gələnlərə etirazlarını bildirsələr də dəvətsiz qonaqlar etiraza baxmadan ailənin daimi istifadə etdiyi sudan bir neça stəkan götürüb özlərilə gətirdikləri cürbəcür cihazlar vasitəsilə “analizlər” aparıblar. Və stəkana doldurduqları suyun tərkibini, rəngini hansısa kimyəvi üsulla dəyişdirərək oyun oynayıblar. Ailə üzvlərini istifadə etdikləri içməli suda xərçəng, ürək qan-damar çatışmamazlığı, böyrak çatışmamazlığı kimi xəstəliklərin olmasını bildirməklə qorxutmağa nail olublar.

Şikayətçi iddia edir ki, tez zamanda gələnlərə inanan ailə bütövlükdə qorxuya düşmüş və vəziyyətdən istifada edən işbazlar ailənin etibarına girərək onlara “OCEAN” markalı sutəmizləyici su aparatı satıblar.

Misirxan Qurbanov deyir ki, saf və keyfiyyətli su içmək ümidilə “Dinamik-okean” şirkətinin gətirdiyi müqaviləyə qol çəkib, aparatı təhvil alıblar. Aparata görə, ailədən 1890 manat alıblar, əlavə olaraq da televizor verəcəklərini deyərək gediblər. Səhərisi gün isə Qurbanovlar filterin suyun tərkibinin yaxşıya deyil, əksinə pisə dəyişilməsini və tamının acı dadmasını bilib polisə şikayət ediblər.

Yardımlı polisinin araşdırması zamanı da məlum olub ki, onlar vətəndaşların içməli suya həssas münasibətindən istifadə edərək bu yolla pul qazanırlar. Şikayətçi əmindir ki, şirkətin onlara satdığı avadanlığın qiyməti real qiymətindən də dəfələrlə baha qiymətə onlara sırınıb.

Şikayətçi şirkətin “qaynar xətt”-nə  zənglər edib, lakin, müsbat cavab ala bilməyiblər. Şikayətçi ödədiyi pulu geri istəyir, eləcə də işbazların cəzalandırılmasına ümid edir.

Yerli polis araşdırmasının nəticəsi olayı mülki xarakterli qiymətləndirib və məhkəməyə müraciəti tövsiyyə edib.

Baş verən hadisədə diqqət dağ rayonunda əhalinin istifadə etdiyi içməli suyun keyfiyyətinə də yönəldir. Şikayətçi qeyd edir ki, maddi zərər bir yana, hazırda şirkətin içməli suyun sağlamlığa zərərləri barədə dedikləri də dövlət qurumları tərəfindən dərindən araşdırılmalıdır.

Laborator şəraitdə onların içdiyi suyun müayinəsi aparılmaqla sakinlərdə suya olan qorxu aradan qaldırılmalıdır. Həqiqətən də su keyfiyyətsizdirsə, vətəndaşların sağlamlığı naminə tədbirlər görülməlidir. Yox əgər hansısa şirkət pul qazanmaq məqsədilə belə yalanlar uydurursa, təkcə dələduzluqları araşdırılmamalı, əhalini təşvişə salan, “Azərsu”-ya aid səlahiyyətləri mənimsəməklə suyun müayinəsini aparıb bir neçə dəqiqəyə mənfi rəy çıxaran şəxslərin əməllərinə qiymət verilməlidir.

İnanırıq ki, aidiyyatı qurumlar məsələyə aydınlıq gətirəcək.

Mənbə: Turkmedia.info

İstanbul trv istanbul travestileri