05 May 2024 01:39

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda su olmayacaq

Azadsöz.az xəbər verir ki, “Azərsu” ASC-nin Göyçay rayon Su İdarəsi yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlayıb. 

Belə  ki, bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılacaq. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılacaq təmir işləri ilə əlaqədar 1 aprel saat 12:00-dan 2 aprel saat 18:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılacaq. 

Qeyd  edək ki, suyun verilişində yaranacaq iki günlük fasiləyə görə Göyçay rayon Su İdarəsinin rəhbərliyi əhaliyə müraciət edərək bildirir ki, vətəndaşlar əvvəlcədən su ehtiyatını götürsün.