23 Noyabr 2024 18:21

Vətən müharibəsi qazisinə hökm oxundu

Azadsöz.az xəbər verir ki, Bakıda piyadanı vurub öldürməkdə təqsirləndirilən Vətən müharibəsi iştirakçısına hökm oxunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Süleyman Cəfərli ilə bağlı məhkəmənin hökmü elan edilib.

Məhkəmənin hökmü ilə Süleyman Cəfərli 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilərək cəzanı şərti hesab edib.

İttihama görə, Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Babazadə xəstəxanaya yerləşdirilib.

A.Babazadə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və 3-cü qrup əlildir. S. Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul