“Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib”.
Azadsöz.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı digər işdən maaş alırsa, onun mandatına xitam verilir:
“MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.
Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib.
Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.
16:10
Azadsöz.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.
Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.