Azadsöz.az xəbər verir ki, “Pakistan International Airlines” aviaşirkəti bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır.
AZAL-ın məlumatına görə, bu barədə AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi ilə işgüzar görüşü zamanı səsləndirilib.
Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.