Azadsöz.az xəbər verir ki, teatr və kino rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb.
Bu barədə teatrın rəsmi səhifəsində paylaşım edilib.
Bildirilib ki, o, mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.