Azadsöz.az “BBC”-yə istinadən xəbər verir ki, ABŞ Rusiyadan neft, qaz və kömrün idxalına tam qadağa qoyub.
ABŞ Prezidenti Co Bayden bununla bağlı qərarı təsdiqləyib.
Baydenin sözlərinə görə, bu addım Rusiyaya daha bir güclü zərbə vuracaq.
“Biz müharibənin subsidiyalaşdırılmasının bir hissəsi olmayacağıq” -, deyə ABŞ lideri bildirib.
Qaz qiymətlərinin artması ilə bağlı artan qorxulara baxmayaraq, bu addım ABŞ-da geniş siyasi dəstəyə malikdir.