07 May 2024 16:24

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda bıçaqlanma baş verib

Azadsöz.az xəbər verir ki, bu gün axşam saat 17:00 radələrində rayonun Kürdəmiş kənd sakinləri – Zaur Həsənov və oğlu Zahid Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zahid Həsənov polis əməkdaşlarına verdiyi izahatda bıçaqlandığını, onun atası Zaur Həsənov isə yıxılaraq xəsarət aldığını bildirib.

Hadisəni törədənin tapılması üçün hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.